Nicat Məmmədli Türkiyənin Yıldız Teknik Universitetinə təqaüdlü təhsil proqramı ilə qəbul olunub.
Bu barədə Naxçıvan Muxtar Respublikasıı Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, Culfa şəhər 3 nömrəli tam orta məktəbin məzunu Nicat Məmmədli Naxçıvanda SAT mərkəzində keçirilən imtahanda birinci dəfə 1600 ballıq sistemdən 1340, ikinci dəfə isə 1360 bal toplamışdır.
Daha sonra isə Bakı şəhərində Barratsonda IELTS imtahanında iştirak edərək 9 bal üzərindən 6.5 bal toplamışdır.
2024-cü ilin fevral ayında isə Nicat Məmmədli riyaziyyat və məntiq fənlərindən sonuncu test imtahanını vermiş, həmçinin müsahibə mərhələsində də uğur qazanmışdır.
Uğurlu məzunumuz artıq arzuladığı Yıldız Teknik Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olub.
Qeyd edək ki, Nicat Məmmədli 2023-3024-cü tədris ilində həmçinin Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanında 297, I ixtisas qrupu üzrə blok imtahanında isə 304,2 olmaqla ümumilikdə 601,2 bal toplamışdır. Nicat Məmmədli həm ümumi, həm də tam orta təhsilini fərqlənmə attestatı ilə başa vuran məzunlarımızdandır.