2019-cu il dövlət büdcəsindən bəzi universitetlər üçün də vəsait ayrılması nəzərdə tutulub.
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “ADA” Universiteti, M.V Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti,Azərbaycan Tibb Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin maliyyə təminatı ilə bağlı 37.9 milyon manat vəsait nəzərdə tutulub.
Bundan başqa ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı tələb edilən məbləğin ödənilməsi, buraxılış və dövlət qulluğu ilə bağlı imtahanların keçirilməsi üçün dövlət büdcəsindən Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 8 milyon manat vəsait proqnozlaşdırılıb.
Qeyd edək ki, məlumatlar Maliyyə Nazirliyinin 2019-cu ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında yer alıb.