Azedu.az

Qarabağ Universitetinə daha bir VAKANSİYA

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

21 İyun 2024, 10:52
Qarabağ Universitetinə daha bir VAKANSİYA

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunur.

 

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.


Agentlikdən bildirilib ki, Qarabağ Universitetində pianino, skripka, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; musiqişünaslıq, xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.


Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, vakansiya üzrə son müraciət tarixi 07 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: //shorturl.at/sB6Xc

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox