Azedu.az

Müəllimlərdən pul tələb edən bağça müdirinə şiddətli töhmət verilib

7 İyun 2024, 16:20
Müəllimlərdən pul tələb edən bağça müdirinə şiddətli töhmət verilib

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar  “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 

Bu barədə AzEdu.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, bağçanın fəaliyyəti nəzarətə götürülüb.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox