Azedu.az

DİM-də təlim təşkil edilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

24 Yanvar 2024, 16:23
DİM-də təlim təşkil edilib

“Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” və “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi” mövzularında təlim təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, 23 yanvar 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev və həmin sektorun baş məsləhətçisi Akif Bayramov tərəfindən “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” və “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi” mövzularında təqdimatlar edilib, habelə “Dövlət qulluğu - Vəzifələrin İdarə Edilməsi Sistemi” və “Dövlət qulluğu - Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə ilə bağlı təlim keçirilib. Təlimdə İqtisadiyyat Nazirliyinin əməkdaşları iştirak edib.

 

Təlim iştirakçılarına inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, ehtiyat kadrların formalaşdırılması qaydaları, analoji vəzifələrin müəyyən edilməsi, ehtiyat kadrların analoji vakant vəzifələrə təyin edilməsi, habelə müvafiq informasiya sistemlərindən istifadə qaydaları və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

 

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorların və vətəndaş müraciətlərinin əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox