Azedu.az

İtkin düşən uşağı polis yox, məktəb rəhbərliyi TAPDI

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

18 Yanvar 2024, 11:25
İtkin düşən uşağı polis yox, məktəb rəhbərliyi TAPDI

Ötən günlərdə itkin düşən 29 nömrəli tam orta məktəbin şagirdini polis yox, məktəb rəhbərliyi tapdı.

 

29 nömrəli tam orta məktəbdən AzEdu.az-a verilən məlumatda qeyd olunur ki, 15 və 16 yanvar 2024-cü il tarixlərində 1 nəfər 11-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs prosesində iştirak etməyib.

 

Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.



Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə “İnstagram” hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafiqə orqanlarına da məlumat verilib.

 

Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, Böyük Summativ Qiymətləndirmədə iştirak edir.

NATO qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - Rusiyaya cavab
Son xəbərlərDaha çox