Azedu.az

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə test imtahanı keçirilib

24 Dekabr 2023, 14:31
Dövlət qulluğunda inzibati icraçı vəzifələrə test imtahanı keçirilib

24 dekabr 2023-cü il tarixində Naxçıvanda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan Naxçıvan şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 36 nəzarətçi‑müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.

 

Dekabrın 25-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

 

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox