Azedu.az

Bakıda yeniyetmə yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

6 Dekabr 2023, 08:49
Bakıda yeniyetmə yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, Şüvəlan qəsəbəsində 2009-cu il təvəllüdlü Hüseynli Hüseyn Rafael oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

 

Hadisə zamanı xəsarət alan H.Hüseynli təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox