Ölkədə ilk dəfə məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmaları məqsədilə “Məktəbli könüllü” proqramına start verilir.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, proqram “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulur. Proqramın təşkilində məqsəd şagirdlər arasında sosial inkişafın təmin olunması, komanda işinin formalaşdırılması, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətlərin gücləndirilməsi, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin formalaşdırılmasıdır.
Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər?
“Məktəbli könüllü” proqramına qoşulmaq istəyən şagirdlər 31 dekabr 2023-cü il tarixinədək qeydiyyatdan keçməlidirlər. Proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Qeydiyyat üçün link: //forms.gle/jY4cK2UxqNBQ7UgU7