Son 2 il ərzində keçirilən sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən, 2023-cü ilin IV rübü üzrə təhsilverənlərin orta aylıq əməkhaqqısı 830 manata çatacaq.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, imtahanda 30-50 bal arası, eləcə də 51 bal və daha yuxarı nəticə göstərmiş şəxslər üzrə isə bu göstərici daha da yüksək olacaq.
Belə ki, sertifikasiyadan yüksək nəticə göstərən - 51 baldan çox toplayan müəllimlərin əməkhaqqısı 1270 manat;
Sertifikasiyadan uğur qazanmış - 30 balı keçən müəllimlərin əməkhaqqısı 1030 manat;
Sertifikasiyada iştirak etməyən müəllimlərin isə əməkhaqqısı 750 manat olaraq qərarlaşıb.