Azedu.az

Nazirlik \"Son zəng\"lə bağlı mövqeyini açıqalyıb

25 May 2023, 11:04
Nazirlik \

Ukrayna təhsil və elm nazirinin müavini Andrey Vitrenko təmsil etdiyi təşkilatın uşaqların "Son zəng"  bayramlarına mane olmamaq qərarına gəldiyini bildirib.

Müharibə şəraitində bu bir qədər çətindir, amma buraxılış gecələrinin hansı formada keçirilməsi barədə təhsil müəssisələri özləri qərar qəbul etməlidirlər.

AzEdu.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu ölkədə hazırda 12 min orta məktəb fəaliyyət göstərir.


"Müharibə şəraitində təntənəli tədbirlərin keçirilməsi məqsədəuyğun deyil, amma uşaqlığı da şagirdlərin əllərindən almaq olmaz. Uşaqları, valideynləri və müəllimləri təhlükəyə atmamaq üçün onlayn dərslər keçirilən ərazilərdə məzun gecələri keçirilməyəcək”, - deyə nazir müavini bildirib.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox