Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
İmtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 №-li klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 №-li orta məktəbinin məzunudur.
AzEdu.az saytı həmin şagirdlərin adlarını öyrənib:
Mürşüdlü Nəzrin Elxan
Abışova Fidan Yusif
Cəfərzadə Taliə Cavid
Quliyeva Ləman Sənan
Mürşüdlü Nəzrin Elxan qızı Bakı şəhəri Səbail rayonu 160 №-li klassik gimnaziyasında oxuyur.
Quliyeva Ləman Sənan qızı Bakı şəhəri Sabunçu rayonu 169 №-li orta məktəbdə təhsil alır.
Abışova Fidan Yusif və Cəfərzadə Taliə Cavid isə Bakı şəhəri Nəsimi rayonu texniki-humanitar liseydə oxuyurlar.