Azedu.az

5 şagirddə və 1 nəzarətçidə telefon aşkarlanıb

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Bakalavr və sınaq imtahanları

12 Mart 2023, 15:30
5 şagirddə və 1 nəzarətçidə telefon aşkarlanıb

ilkin məlumatlara əsasən, 5 şagirddə və 1 nəzarətçi-müəllimdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib.

 

AzEdu.az xəbər verir ki, DİM-dən verilən məlumata görə qeyd olunan halla bağlı araşdırılma davam edəcək. Bundan əlavə, imtahanın gedişi zamanı imtahan binasında əvvəlcədən gizlədilən 1 ədəd mobil telefon aşkar edilib. Həmçinin Ağcabədi rayonunda imtahan keçirilən binaların birinin arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil olmağa cəhd edib və həmin şəxslər saxlanılaraq polis əməkdaşlarına təhvil verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, həmin şəxslər ötən illərin məzunlarıdır.

 

Bir nəfər ümumiyyətlə buraxılış imtahanlarında iştirak etməyib, digər şəxs isə ötən il imtahanda iştirak edərək 20 bal toplamışdır. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırılma aparlır.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox