Azedu.az

Yaralananlardan biri bu universitetin TƏLƏBƏSİDİR

10 Mart 2023, 15:50
Yaralananlardan biri bu universitetin TƏLƏBƏSİDİR

Bakının mərkəzində baş vermiş atışmada yaralanan iki nəfərdən biri tələbədir.
 

AzEdu.az xəbər verir ki, silahlı insidentdə yaralanan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin Azərbaycan Tibb Universitetinin tələbəsi olduğu bildirilir.


Qeyd edək ki, Kliniki Tibbi Mərkəz atışmada yaralananların vəziyyətini açıqlayıb.


"Yaralananların hər ikisinin vəziyyəti orta-ağırdır, stabil qiymətləndirilir. Bütün zəruri tədbirlər görülür”.

 
Xatırladaq ki, bu gün Bakının Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıblar.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində - Bakı Dövlət Sirkinin yaxınlığındakı “Görüş” restoranının qarşısında baş verib.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox