Azedu.az

Buraxılış imtahanında aşağı nəticə göstərən şagirdə attestat verilməyəcək?-DİM-dən CAVAB

18 Noyabr 2022, 13:45
Buraxılış imtahanında aşağı nəticə göstərən şagirdə attestat verilməyəcək?-DİM-dən CAVAB

Bildiyiniz kimi, bir qədər öncə 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında yeni imtahan modeli tətbiq olunacağı bildirilmişdi. Sonra isə müzakirələr əsasında dəyişikliyin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq ediləcəyi elan olundu.

 

 

Bu hadisələr şagirdlərdə buraxılış imtahanı ilə bağlı bəzi narahatçılıqlar doğurub. Onlar aşağı bal topladıqları halda attestat almayacaqlarından narahatdılar.

 


Bəs buraxılış imtahanında aşağı nəticə göstərən şagird IX sinif şagirdlərinə attestat verilirmi və onlar təhsillərini X sinifdə davam edə bilirlərmi?

 


AzEdu.az-ın DİM-dən aldığı məlumata görə, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini X sinifdə davam edə bilirlər.

 

Qeyd edək ki, 2024-cü ildə dəyişikliyə əsasən, orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin “Yazı” məzmun xətti üzrə bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox