“30 min istifadəçi 6 minlik yer üçün bağçaya müraciət edib, ona görə də elektron sistemdə problem yaşanır, bir yerə 5 uşaq düşür, bu, ciddi məsələdir”.
AzEdu.az xəbər verir ki, bunu,Ümumi və məktəbəqədər təhsilin təkşili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O, valideynlərin narahatlığını anladıqlarını söyləyib:
“Məsələnin həlli üçün qrupları bölərək yeniləri formalaşdırılacaq, gələn il bu halın yaşanmayacağı qənaətindəyik”.