Türkiyədə 1 milyon 200 min şagird universitetlərə qəbul olunmaq üçün ixtisas seçimində iştirak edib.
AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ixtisas seçimində iştirak edən 857 min 240 şagird universitetlərə yerləşdirilib. İmtahanda iştirak edib müsabiqədən keçən 542 min 333 şagird isə ixtisas seçimi etməyib. Bakalavr pilləsi üzrə 89 min 686 plan yeri boş qalıb. Mühəndislik fakültələrində 14 min 564 plan yeri boş qalıb.
Qeyd edək ki, yerləşdirmədə hər 2 məktəblidən biri sosial elmlərə daxil olan ixtisasları seçib.