Azedu.az

“Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil edilib  

Dövlət İmtahan Mərkəzi (DİM)

15 Aprel 2022, 17:36
“Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil edilib  

Aprelin 15-də Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 6-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil edilib.

 

Hər iki fənn üzrə iclaslarda DİM-lə ekspert kimi əməkdaşlıq etmək üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər. Həmin şəxslərə dərsliklərin elmi-metodik monitorinqi və qiymətləndirilməsi meyarları təqdim olunub, dərsliklərin monitorinqinin keçirilməsi proseduru haqqında məlumat verilib. Onların hər birinə müəyyən dərsliyin elmi-metodik monitorinqini aparmaq tapşırılıb.

 

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox