Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetinin(MIT) təqaüdünü qazanıb.
AzEdu.az xəbər verir ki. Salman Hüseynov 2019-2020–ci tədris ili üzrə keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə II yer, 2020-2021-ci tədris ilində isə I yerin qalibi olub.
Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO-Beynəlxalq Kimya Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal qazanıb. Salman Hüseynov hazırda beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.