Azedu.az

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib

5 Fevral 2022, 14:00
Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib

Fevralın 4-də Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclası keçirilib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, hər iki fənn üzrə iclaslarda gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun onlayn sınaq imtahanının müzakirəsi olub.

Müzakirələrdə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qruplarının növbəti iclası fevralın 11-də olacaq.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox