Azedu.az

İxtisas seçiminin bitməsinə 2 gün qaldı! - Neçə nəfər ərizəsini təsdiq edib?

Bakalavr və sınaq imtahanları

11 Avqust 2018, 09:22
İxtisas seçiminin bitməsinə 2 gün qaldı! - Neçə nəfər ərizəsini təsdiq edib?

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu dəqiqə olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 12.249, II ixtisas qrupu üzrə 9163, III ixtisas qrupu üzrə 10.549, IV ixtisas qrupu üzrə 3053 nəfərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 1204, II ixtisas qrupu üzrə 972, III ixtisas qrupu üzrə 853, IV ixtisas qrupu üzrə isə 294 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayıümumilikdə 3396 nəfərdir.

Bu saata əsasən, 4 ixtisas qrupu üzrə ümumilikdə 41.733 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox