Rus bölməsi abituriyentləri ixtisas seçimi edərkən düzəlişi nəzərə almalıdırlar.
AzEdu.az xəbər verir ki, abituriyent jurnalının 4 saylı buraxılışında (rus bölməsi, səh.21) III ixtisas qrupu üzrə Bakı Slavyan Universitetinin «127194 Учитель языка и литературы (по русскому языку, обучение на азербайджанском языке)» kimi qeyd olunan ixtisası Universitetin müraciəti əsasında «127194 Учитель языка и литературы (по русскому языку)» kimi olmalıdır. Rus bölməsi abituriyentləri ixtisas seçimi edərkən müvafiq qeydi nəzərə almalıdırlar.