Qəbələ rayonunda orta məktəbdə yanğın olub.
AzEdu.az FHN-in saytına istinadən məlumat verir ki, Laza kəndində ümumi sahəsi 1300 m2 olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m2 sahədə yanıb.
Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.