Ali təhsil müəssisələrinə ixtisas seçimlərinin vaxtı açıqlanıb.
Məlumata əsasən, bütün qruplar üzrə ixtisas seçimi 20-30 avqust tarixləri arasında internet vasitəsilə aparılacaq.
Bəs kolleclərə ixtisas seçiminə nə zaman start veriləcək?
AzEdu.az DİM-ə istinadən xəbər verir ki. kolleclərə ixtisas seçimi ali təhsil müəssisələrinin boş qalan plan yerləri ilə birlikdə aparılacaq.
Həm kolleclərə, həm də ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin sentyabrda aparılması nəzərdə tutulub.
Qeyd edək ki, ixtisas seçimi ilə bağlı "Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr edilib.