Hər bir imtahanın nəticələri elan olunduqdan sonra Apelyasiya komissiyasına onlayn müraciətlər qəbul olunur və onların nəticələri ilə bağlı ətraflı məlumat verilir.
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Builki nəticələrdən sonra da müvafiq məlumatlar paylaşılacaq.