Azedu.az

“Qızlar bu səbəbdən təhsildən  yayınırlar” – Şöbə müdiri  

Məktəblər

Maraqlı

5 Mart 2021, 10:42
“Qızlar bu səbəbdən təhsildən  yayınırlar” – Şöbə müdiri  

 

“Qız uşaqlarının erkən nikaha cəlb olunması və təhsildən yayınmasının əsas səbəblərindən biri də ailənin iqtisadi vəziyyətidir”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu “Xəzər Xəbər”ə açıqlaması zamanı deyib.

 

O, qızların təhsildən yayınmasının əsas səbəblərindən söz açıb:

 

“Qızların təhsildən yayınması ailədə yaranan problemlə bağlıdı. Uşaq ailə mühitində böyüyür və hesab edir ki, xoşbəxt olmaq üçün erkən evlənmək lazımdır. Qız uşaqlarının erkən nikaha cəlb olunması və təhsildən yayınmasının əsas səbəblərindən biri də ailənin iqtisadi durumudur. Bəzi ailələr elə fikirləşir ki,şagirdin məktəbə getməsi onun vaxtını alırsa, bu zaman kəsiyində o, evdə qalaraq təsərrüfata kömək edə bilər.

 

Vəziyyətdən çıxış yolu üçün cəmiyyətdə ciddi addımlar atılmalıdır. Valideynlərin üstünlük verdiyi dəyərlər çərçivəsində müəyyən işlər görülməlidir”.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox