Bildiyimiz kimi, Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il 6 nömrəli qərarına əsasən magistratura səviyyəsinə qəbul qaydaları sadələşdirilib.
Hazırda isə, imtahanların keçirilmə tarixi, yaxud da, qaydalarda yeni dəyişikliyin olub-olmaması haqda rəsmi məlumat yoxdur.
Nəticədə Dövlət İmtahanına Mərkəzinə çoxlu saullar gəlir.
AzEdu.az DİM-ə ən çox ünvanlanan sualların cavablarını təqdim edir:
SUAL: Qiyabi formada ikinci bakalavr təhsilini alan şəxs eyni zamanda magistraturaya sənəd verə bilərmi?
CAVAB: Buraxılış kurslarında təhsil alanlar istisna olmaqla, təhsil alan tələbələr magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.