Şanlı Azərbaycan ordusu işğal altında qalan ərazilərimizi azad etdikcə, oradakı maddi mədəni irsimizə nə dərəcədə böyük zərbə vurduqlarının şahidi oluruq.
Təbii ki, erməni vandalizminin milli irsimizə vurduğu bu zərbələr dünya ictimaiyyətinə çatdırılmalı, aidiyyatı qurumlar bu əsnada üzərinə düşəcək işləri görməlidirlər.
AzEdu.az-a açıqlamasında erməni vandalizmindən, onların milli irsimizi məhv etməsindən danışan AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, bu istiqamətdə institunun gördüyü işlərdən də danışıb. O....
“Azərbaycan respublikasına aid olan abidələr, onlara dəyən zərər hamısı AMEA-nın Tarix İnstitutu tərəfindən qeydə alınır. Ordumuzun şanlı qələbəsi nəticəsində torpaqlarımız işğaldan tam azad olunduqdan sonra buradakı tarixi abidələrin hər biri Tarix İnstitutu tərəfindən tədqiq ediləcək.
Məsələn, Füzuli, Cəbrayıl, Zəngilanda dağıdılmış çox sayda maddi mədəni abidələrimiz var. Bu işlərin hər biri Tarix İnstitutunun daim diqqət mərkəzindədir.
Qərbi Azərbaycan ərazisində yerləşən XIII əsrə aid Cəfərəbad məqbərəsinin və İrəvan şəhərinin ermənilər tərəfindən dağıdılması ilə bağlı ciddi reaksiya vermişik.
Qarabağda ərazisində olan abidələrin, Şuşadakı Xan Sarayının, Gövhərağa məscidinin və s.-in dağıdılması bizim əsərlərimizdə daim öz əksini tapır.
Azıx mağarası Azərbaycan xalqının əcdadlarına məxsus bir irsdir. Onun saxtalaşdırılması, erməni adı verilməsi yolverilməzdir. 27 il ərzində mütəmadi olaraq baş verən proseslərə daim münasibətimizi bildirmişik. Məqalələr yazıb beynəlxalq tədbirlərdə konfranslarda daim münasibətimizi bildirmişik.
2014-cü ildə də Qarabağın tarixi abidələri, maddi mənədni irsinin necə dağıdılması, məhv edilməsi barədə yazılar hazırlamışıq. O zaman imkanımız çatan qədər, əldə olan məlumatlar əsasında bu materialları hazırlaya bildik.
Bu haqda olan yazıları bir neçə dildə, hətta erməni dilində çap etdiririk. Onların etdiyi cinayəti daim dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Ümumiyyətlə, Tarix İnstitutu daim ideoloji müharibədə prezidentin çağırışlarına cavab verib”.
Açıqlamasında Cəbi Bahramov ordumuzun uğurlarından da söz açdı:
Biz bu kimi məsələləri bütün genişliyi ilə tədqiq edib ən azı 3 dildə dünya ictimayətini məlumatlandırır, bütün sosial şəbəkələr vasitəsilə yayırıq. Sizə bir fakt deyəcəm: 1992-ci ildən 2008-ci ilə qədər ermənilərə təmənnasız göstərilən yardımın miqdarı 4 milyard 356 milyon dollardır.
Biz öz gücümüzü indi göstəririk, Ermənistana dəstək olan dövlətlərin heç biri səslərini çıxara bilmirlər. Biz öz gücümüzü göstəririk, göstərəcəyik. Cənab prezidentin də dediyi kimi heç kimin cəsarəti çatmayacaq ki bizlə hədə qorxu ilə danışsınlar. Erməni nasizminə son qoymaq lazımdır. Bu məhv edilməkdən başqa yolu yoxdur.
Biz beynəlxalq hüququn legitimlik prinsipinə əsaslanaraq, bütün beynəlxalq hüquq normalarına istinad edərək o torpaqları geri almalıyıq. Erməni nasizmi məhv edilməlidir vəssalam . Başqa yolu yoxdur”.