Azedu.az

İşğal altında olan rayonların təhsil mənzərəsi – Rəqəmlər və faktlar  

Məktəblər

Maraqlı

1 Oktyabr 2020, 12:16
İşğal altında olan rayonların təhsil mənzərəsi – Rəqəmlər və faktlar  

 

Sentyabrın 27-si  Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi.

 

AzEdu.az  erməni təcəvüzünə uğrayan rayonların işğalaqədərki təhsil mənzərəsini təqdim edir: 

 

 

ŞUŞA – 1992-ci il mayın 8-də erməni birləşmələri  tərəfindən işağal edildi. İşğala qədər şəhərdə  7 məktəbəqədər uşaq müəssisəsi,  22 ümumtəhsil məktəbi, mədəni-maarif,  kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 31 kitabxana, 2 kinoteatr, 8 muzey, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi fəaliyyət göstərib;  

 

Eyni zamanda, Şuşada fəaliyyət göstərən Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi məktəbi işğaldan sonra Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi-15 ünvanında yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbin binasına köçürüldü və hazırda orada fəaliyyətini göstərir.

 

İşğaldan sonra Şuşa Rayon Təhsil  Şöbəsi Bakı, Ağçabədi, Mingəçevir, Bərdə və  Göyçayda fəaliyyət göstərir. Hazırda ümumilikdə 22 ümumtəhsil, 2 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir.

 

LAÇIN – 1992-ci il mayın 18-də erməni birləşmələri tərəfindən işğal edildi. İşğala qədər rayonda 100  ümumtəhsil məktəbi, 5 məktəbəqədər təhsil müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi və 1 orta texniki peşə məktəbi fəaliyyət göstərib.

 

Məktəbəqədər müəssisələrdə 93 uşaq tərbiyə olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta məktəbdə ümumilikdə 14400 şagird, həmçinin 1 kənd məktəbində 252 şagird təhsil alırdı. Rayonda 67 kitabxana fəaliyyət göstərirdi.

 

Laçın rayon Təhsil Şöbəsi rayonunu işğal edilməsi  ilə əlaqədar olaraq Ağcabədi rayonu Taxta körpü qəsəbəsində fəaliyyət göstərir. Hazırda rayonun 5 məktəbdənkənar təhsil müəssisəsi, 111 ümumtəhsil məktəbi, o cümlədən 82 tam orta, 29  ümumi orta məktəbi Respublikanın 15 şəhər və rayonunda fəaliyyətini davam etdirir.

 

AĞDAM – Ağdam rayonu 1993-cü il 23 iyul tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunub. İşğala qədər rayonda 34 uşaq bağçası və köpələr evi, 89 ümumitəhsil məktəbi  fəaliyyət göstərirdi. Bura 16 ibtidai, 36 səkkizillik, 37 orta məktəb daxil idi. Ümumitəhsil məktəblərində 30 min  86 nəfər təhsil alırdı.

 

Eyni zamanda  4 fəhlə-gənclər, 1 qiyabi-orta, 2 kəndli-gənclər məktəbində 1201 nəfər təhsil alırdı. Rayonda 4 orta ixtisas təhsili mərkəzi yerləşirdi ki, bura daxil olan kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəblərində 1269 şagird təhsil alırdı.

 

KƏLBƏCƏR – 1992-ci il aprelin 2-də zəbt olunub. İşğala qədər rayonda yerləşən 2 məktəbəqədər müəssisədə  70 uşaq  tərbiyə olunur, 8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə 12 min şagird təhsil alırdı. Burada fəaliyyət göstərən yeddiillik musiqi məktəbində 125 şagird  oxuyub.

Bununla yanaşı, rayonda 55 kitabxana fəaliyyət göstərirdi.

 

QUBADLI – 1993-cü il 31 avqust tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilib. İşğala qədər rayonda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə, bir əyani - qiyabi, bir orta texniki – peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı  7 olub.

 

Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumitəhsil məktəblərində təhsil alır, 272 azyaşlı isə məktəbəqədər müəssisələrdə tərbiyə olunurdu. Rayonda 60 kitabxana fəaliyyət göstərirdi.

 

ZƏNGİLAN - 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri tərəfindən işğal edilib. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana fəaliyyət göstərib.

 

AĞDƏRƏ - Ermənistan ordusu tərəfindən  7 iyul 1993-cü ildə işğal olunub. İşğala  qədər rayonda  30 orta məktəb, 27 məktəbəqədər qəsəbə, 51 kitabxana, 1 texniki peşə məktəbi fəaliyyət göstərib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Putin Trampın Ukrayna ilə bağlı təklifinə RAZILIQ VERDİ
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox