Dövlət İmtahan Mərkəzində vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.
AzEdu.az xəbər verir ki, buna baxmayaraq, qeyri-iş günlərində elektron ərizə vermək istəyənlər nəzərə alınıb.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olanlar onlayn növbə götürməklə qeyri-iş günləri olan 23, 29, 30 may tarixlərində də müvafiq sənəd qəbulu komissiyasına yaxınlaşa bilərlər.
Qeyd edək ki, vətəndaşların qəbulu koronavirus (COVID-19) infeksiyasnın profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil edilir. Bunun üçün vətəndaş qəbulu mərkəzlərində təlimata uyğun müvafiq şərait yaradılıb. Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.