AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Elnarə Sadıqova Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub. İnstitutdan AzEdu.az-a bildirilib ki, onun Gent Universitetinin laboratoriyasında “Bitkilərdə kök və meristem hüceyrələrin in vitro regenerasiyası üçün yeni üsullar” mövzusu üzrə tədqiqatlar aparması planlaşdırılıb.
Qeyd edək ki, E.Sadıqova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd haqqı qazanıb.