Azedu.az

Fərdi tədris və repetitor xidmətləri zamanı dərs vəsaitləri ortaq istifadə edilməməlidir

9 May 2020, 12:02
Fərdi tədris və repetitor xidmətləri zamanı dərs vəsaitləri ortaq istifadə edilməməlidir

Fərdi tədris və repetitor xidmətləri göstərən zaman onlayn tədris prosesinə üstünlük verilməsi daha məqsədəuyğundur.

 

Tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməli və tibbi maskadan istifadə edilməlidir. Vacib məqamlardan biri də odur ki, tədris vaxtı sosial məsafə qorunmalıdır (bir metrdən az olmamaq şərti ilə).

 

AzEdu.az xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki vəsaitdə əks olunub.

 

Metodiki vəsaitdə qeyd olunub ki, həmin xidmətlər zamanı dərs vəsaitləri ortaq istifadə edilməməlidir. Həmçinin şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Bundan əlavə, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalı və fasilə zaman otaq havalandırılmalıdır.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox