Azedu.az

Evdə doğuş edən qadın xəstəxanada öldü

20 Mart 2025, 21:13
Evdə doğuş edən qadın xəstəxanada öldü

Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə doğuş edən qadın dünyasını dəyişib.

AzEdu.az “Report”a istinadən xəbər verir ki, kənd sakini, Nahidə Abasovanın doğuşdan sonra səhhətində problemlər yarandığı üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Qadın bir həftə xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, qadın bu gün xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox