Azedu.az

“Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir

Məktəblər

Psixoloji xidmət

27 Aprel 2020, 14:33
“Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.

 

BŞTİ-dən  bildirilib ki, layihə çərçivəsində hazırlanmış 2-ci videoçarxda Bakı şəhəri 232 nömrəli tam orta məktəbin psixoloqu Heyran Səfərova “Oyunların uşaqların məntiqi təfəkkürünün inkişafında rolu” mövzusunda tövsiyələrini təqdim edir.

 

Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

 

Məktəb psixoloqundan tövsiyələrlə layihənin “YouTube” kanalında tanış olmaq mümkündür.

Paşinyan 3 prezidentə zəng edir, sərhədə ordu yığır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox