Martın 7-də Azərbaycan Kinematoqraflar İttifaqının dəstəyilə ingilis dilində “Tıq-Tıq xanım” tamaşası nümayiş etdirilib.
Tamaşanı təşkil edən Nağılçının təsisçisi Günel Yaşar bildirib ki, biletlərin satışından əldə olunan gəlir “SOS Azərbaycan” uşaq kəndlərinə ayrılıb.
Nağılı nümayiş etdirən aktyorlar 3-11 yaş aralığındadırlar. Tamaşanın təşkil olunma məqsədi, uşaqlara ingilis dilinin daha maraqlı öyrədilməsinə kömək etmək, nağıllarımızı xarici dostlarımızla bölüşmək və cəmiyyətimizdə olan bəzi problemləri göstərməkdir. Nağıla bəzi əlavələr olunub.
O əlavə edib ki, bu tamaşa tamamilə könüllü şəkildə hazırlanıb. ( oxu.az)