Azedu.az

Buraxılış imtahanlarının DƏQİQ vaxtı bəlli oldu

5 Fevral 2020, 13:55
Buraxılış imtahanlarının DƏQİQ vaxtı bəlli oldu

Ümumi təhsil müəssisələrinin ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı bəlli olub.

AzEdu.az xəbər verir ki, ümumi orta (IX) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk mərhələsi 1, 9 və 15 mart, II mərhələsi isə 7, 14 və 21 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

 Tam orta təhsil (XI) səviyyəsi üzrə buraxılış imtahanları isə 5, 12 və 19 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, eksternat qaydada 9 illik təhsil bazasında I mərhələ 29 mart,  ikinci mərhələ 5 iyul, 11 illik təhsil bazasında isə 26 aprel tarixlərində imtahan keçirələcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox