“Təhsil Nazirliyi Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığa başlayıb. Məktəblərin avtobusla təminatı ilə bağlı işlər görülür”.
AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.
Nazir ötən ilin prioritet istiqamətlərindən söz açarkən bildirib ki, bu işlər növbəti aylarda da davam etdiriləcək:
“2020-ci ilin yeni tədris ilinin başlanmasına qədər şagird sayı çox olan bir sıra məktəblərdə avtobus sisteminin təşkil edilməsi planlaşdırılır”.