Azedu.az

Magistraturaya qəbul qaydaları AÇIQLANDI

23 Yanvar 2020, 16:25
Magistraturaya qəbul qaydaları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1‑ci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap edib.

AzEdu.az xəbər verir ki, jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M (DİM-in binası);

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 (DİM-in binası).

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox