Azedu.az

Diaqnostik qiymətləndirmə bu tarixdə keçiriləcək - RƏSMİ

Müəllimlər və elm adamları

Uğur hekayələri

Diaqnostik qiymətləndirmə

5 Dekabr 2019, 16:54
Diaqnostik qiymətləndirmə bu tarixdə keçiriləcək - RƏSMİ

Məktəb psixoloqlarının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqəsinin imtahan mərhələsinin 20-30 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil TV-nin “Həftənin sualı” verilişinin bugünkü buraxılışında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, məktəb psixoloqlarının diaqnostik qiymətləndirilməsi imtahanları Bakıda, Azərbaycan Dövlət İqtisad Universitetinin Gənclik korpusunda keçiriləcək.

Məlumata əsasən, dövlət ümumtəhsil müəssisələrində çalışan psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanları təxminən 4 gün davam edəcək.

Qeyd edək ki, hazırda psixoloqların şəxsi işlərinin yoxlanılması prosesi davam etdirilir. Yoxlama işinin dekabr ayının ortalarına başa çatması planlaşdırılıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox