Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir.
AzEdu.az təqaüd proqramı haqqında ətraflı məlumatları təqdim edir:
Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.
Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub:
Tam bakalavriat və magistratura təhsil proqramları üzrə
Kənd təsərrüfatı, su idarəetməsi - 10 təqaüd;
Təbiət elmləri, davamlı inkişaf - 20 təqaüd,
Turizm - 15 təqaüd;
Mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 75 təqaüd;
İqtisadiyyat, biznes və idarəetmə elmləri - 55 təqaüd;
-doktorantura təhsili üzrə
İstənilən maraq dairəsi üzrə - 25 təqaüd.
Tələbələr üçün nəzərdə tutulmuş təqaüd Macarıstan tərəfindən aşağıdakı xərcləri əhatə edir:
- ödənişsiz təhsil;
- universitet yataqxanasında yaşayış;
- tibbi sığorta;
- aylıq təqaüd.
Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilib:
- Bakalavriat və magistratura proqramları üçün aylıq 43,700 Macarıstan forinti;
- Doktorantura proqramları üçün təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti.
Diqqət: Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.
Macar dilində ali təhsilə başlamazdan əvvəl tələbələr bir illik hazırlıq kursu keçməlidirlər.
İngilis dilində proqramlar üçün müraciət edən tələbələr ev sahibi olan təhsil müəssisəsi və Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş səviyyədə müvafiq ingilis dili biliyinə malik olmalıdırlar.
Müraciət forması və tarixlər:
2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət edilməlidir (03.01.2020/23:59-dək): //app.htp.edu.az/
*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaq.
10.Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2020-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir;
Qeyd: 2020/21-ci tədris ili üzrə təqaüd qazanmış şəxslər fors-major (xüsusi və gözlənilməz) hallar istisna olmaqla, Təhsil Nazirliyi və Tempus Fondunun razılığı olmadan, təhsillərini növbəti semestrə və ya akademik ilə təxirə sala bilməzlər.
Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar
Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:
10.“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.
Tələb olunan sənədlər:
Qeyd: I-II təhsil illərində oxuyan şəxslər təhsil aldıqlarına dair müvafiq arayış və transkript təqdim etməlidirlər.
QEYD: Sadalanmış ali təhsil sənədlərindən hər hansısa birini (bakalavr və ya magistr diplomu) namizəd xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd təqdim etməlidir.
Doktorantura proqramı üçün müraciət edən namizədlər aşağıdakı sənədləri əlavə olaraq təqdim etməlidirlər:
10.Tədqiqat işi (minimum 2 səhifə, Times New Roman 12 şrifti ilə, təhsil almaq üçün müraciət etdiyi dildə yazılmış).
Qeyd: Müsahibə mərhələsinə dəvət olunan şəxslər yalnız Təhsil Nazirliyinin Elektron Ərizə Sisteminə yüklədikləri sənədlərin surətini və hər iki (Macarıstan və Azərbaycan) elektron ərizənin surətlərini gətirməlidirlər.
İstisna hallarda aşağıda qeyd olunmuş tələb olunan sənədlərin sonradan göndərilməsi mümkündür:
- tam orta təhsili bitirmə haqqında sənəd: tam orta təhsil səviyyəsində sonuncu yarımillikdə təhsil alanlar üçün;
- bakalavr diplomu: bakalavriat təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün;
- magistr diplomu: magistratura təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün;
Qeyd olunan çatışmayan sənədlər 1 avqustdan gec olmayaraq təqdim olunmalıdır.
Diqqət! Sadalanmış sənədlərdən hərbi möhlət hüququnu təsdiq edən sənəd (eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər üçün) və ali təhsil sənədinin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd (xarici ali təhsil müəssisələrinin məzunları üçün) Təhsil Nazirliyinin elektron ərizə sistemi üzərindən 30.01.2020-ci il tarixinədək elektron qaydada təqdim olunmalıdır.
Qeyd 1: Müraciət edən namizədlərin yaşı 18 yaşdan (01 sentyabr 2002-ci ildən əvvəl doğulmuş olmalıdır) aşağı olmamalıdır (“Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı”nın tələbinə əsasən, müvafiq tədris ilində 01 sentyabr tarixinə qədər 18 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına müraciət edə bilməzlər).
Qeyd 2: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Təhsil Nazirliyinin electron ərizə sistemi iddiaçılara yalnız bir təqaüd proqramına müraciət etməyə icazə verir.
Qeyd 3: Poçt və ya elektron poçt vasitəsilə sənədlərini Təhsil Nazirliyinə göndərən şəxslərin sənədləri nəzərə alınmayacaq. Seçim prosesində YALNIZ sənədlərini Macarıstan təqaüd proqramının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemləri vasitəsilə təqdim etmiş şəxslərin sənədlərinin qiymətləndirilməsi aparılacaq.
Qeyd edək ki, təqaüd proqramı ilə bağlı suallarınızı [email protected] elektron poçtuna ünvanlaya bilərsiniz.