Azedu.az

Tədris ili ərzində yaranan vakant yerlərə işə qəbul necə həyata keçiriləcək? – Müəllimlərin diqqətinə  

3 Oktyabr 2019, 11:40
Tədris ili ərzində yaranan vakant yerlərə işə qəbul necə həyata keçiriləcək? – Müəllimlərin diqqətinə  

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun III turu üzrə elektron yerləşdirmə zamanı 547 namizəd uğur qazanıb.

Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada növbəti turun keçirilməsi isə nəzərdə tutulmayıb.

Bəs tutulmayan və tədris ili ərzində yaranan vakant yerlərə işə qəbul necə həyata keçiriləcək?

AzEdu.az-ın İnsan Resursları Mərkəzindən əldə etdiyi məlumata görə,tutulmayan və tədris ili ərzində yaranan vakant yerlərə İnsan resursları mərkəzi tərəfindən coğrafı bölgü prinsipi və imtahan nəticəsi nəzərə alınmaqla namizədlərin yerləşdirilməsi həyata keçiriləcək.

Qeyd edək ki, tədris ili ərzində yaranan vakant yerlərə namizədlər yaşayış yeri və bal ardıcıllığı ilə İnsan resursları mərkəzi tərəfindən yerləşdiriləcək.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox