9 illik bazada kolleclərin boş qalan yerlərinə ixtisas seçimi 27 avqust – 2 sentyabr tarixlərində aparılacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, 11 illik bazada boş qalan yerlərə ixtisas seçimi isə 30 avqust - 4 sentyabr tarixlərində həyata keçiriləcək.
İxtisas seçimi elektron formada internet vasitəsilə aparılacaq.
Qeyd edək ki, kolleclərə 11 illik təhsil bazasında abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23-29 avqust tarixlərində həyata keçiriləcək.