Azedu.az

Attestatı əlindən alınan Orxan: “Təhsilhaqqını bu müğənni ödəyəcək”  

Bakalavr və sınaq imtahanları

20 Avqust 2019, 17:47
Attestatı əlindən alınan Orxan: “Təhsilhaqqını bu müğənni ödəyəcək”  

Müğənni Mehin Hümbətova Orxan Bağırzadənin təhsilhaqqını ödəyəcək.

Bu barədə Orxan Bağırzadə AzEdu.az-a açıqlaması zamanı məlumat verib. Orxan  sosial şəbəkələrdə yayılan məlumatı təsdiqləyərək sabah Mehin Hümbətovayla görüşəcəyini bildirib:

“Təxminən iki saat əvvəl Mehin xanım mənimlə əlaqə saxlayıb, təhsilhaqqımı ödəmək istədiyini dedi. Bu xəbər məni çox sevindirdi. Onunla sabah görüşəcəyik”.

Xatırladaq ki, ötən gün ali məktəbə qəbul olsa da, attestatı atası tərəfindən əlindən alınan Orxan Bağızadə haqqında məlumat vermişdik. Təhsil Nazirliyinin  köməyi ilə qeydiyyatdan keçən Orxana Azərbaycan Dillər Universitetindən də dəstək gəlib.

Belə ki, universitet ona bir semestr boyunca hər ay 100 manat təqaüd, pulsuz yemək talonları veriləcək. Eyni zamanda ADU-nun oğlanlar üçün olan yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün digər universitetlərin birində qalmaq imkanı yaradılacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox