Dövlət İmtahan Mərkəzi xeyli müddətdir ki, 2019-cu ildə keçiriləcək imtahan və tədbirlərin dəqiq tarixlərini elan edib.
AzEdu.az çoxsaylı sualları nəzərə alaraq DİM-in rəsmi saytına istinadən avqust ayının ikinci yarısında keçiriləcək tədbirlərin təqvimini təqdim edir:
23-29 avqust - Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı;
23 avqust- 2 sentyabr - Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı;
27 avqust – 2 sentyabr - Orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta ixtisas bazasında boş qalan yerlərə ixtisas seçimi;
30 avqust – 4 sentyabr - Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında: boş qalan yerlərə ixtisas seçimi.