Abituriyentlər üçün ixtisas seçimi davam edir.
“Hədəf” kurslarının Sumqayıt şəhəri üzrə filial rəhbəri Vüsal Heybətov ixtisas seçimini detallı izah edib:
“İxtisas seçimi zamanı diqqət edilməli məqamlardan ilki ixtisasın abituriyentin topladığı bala uyğun olub-olmamasıdır. Bu il yerin çoxluğu və ilk dəfədir ki, açıq tipli, situasiya tipli tapşırıqların olması ballarda enmələrə gətirib çıxardır. Ehtimal olunur ki, hər ixtisas üzrə 50-60 bal enmələr olsun. Buna görə abituriyentlər öz ballarından 50-60 bal yuxarı yerləri yaza bilər. Amma bu 15 ixtisasın hamısını əhatə etməməlidir”.
Azedu.az videonu təqdim edir.