Azedu.az

Avqustda da imtahanlar keçirilib, ixtisas seçimləri aparılacaq - TƏQVİM  

Bakalavr və sınaq imtahanları

10 İyul 2019, 11:31
Avqustda da imtahanlar keçirilib, ixtisas seçimləri aparılacaq - TƏQVİM  

2019-cu ildə buraxılış və ali təhsili müəssisələrinə qəbul imtahanları başa çatıb.

İyulun sonlarından etibarən isə ixtisas seçimlərinə start veriləcək.

AzEdu.az çoxsaylı istəkləri nəzərə alaraq, Dövlət İmtahan Mərkəzinin məlumatlarına istinadən, avqust ayında keçiriləcək tədbirlərin təqvimi təqdim edir:

1 avqust - Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı;

3 avqust – TOEFL imtahanı;

5 avqust - Rezidenturaya boş qalan yerlərə ixtisas seçimi;

8 avqust - 9 illik orta təhsil bazasında abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı;

8 avqust - Rezidenturaya boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı;

15 avqust - 11 illik orta təhsil bazasında ixtisas seçimi;

15 avqust - Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan yerlərə ixtisas seçimi;

15 avqust - Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı;

18 avqust – Dövlət qulluğu üzrə inzibati vəzifələrin müsabiqənin test imtahanı (B növü);

23 avqust - 11 illik orta təhsil bazasında abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı;

23 avqust - Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı;

27 avqust - 9 illik orta ixtisas bazasında boş qalan yerlərə ixtisas seçimi;

30 avqust - 11 illik orta təhsil bazasında: boş qalan yerlərə ixtisas seçimi.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox