"Yeni qaydalar təsdiq olunandan öz üzərimdə müəllimlərimlə birgə çalışdıq. İmtahan sualları o qədər də qəliz deyildi. Ancaq bəzi tapşırıqlarda tərəddüdlərim var idi. Çox şükür ki, onların hamısını düzgün cavablandıra bildim.
I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 354 bal toplamışam. Yay imtahanına daxil olub 700 bal toplamaq fikrindəyəm. Məqsədim Kompüter elmləri üzrə təhsil almaq və Bakı Ali Neft Məktəbinə daxil olmaqdır".
Xatırladaq ki, 21 apreldə keçirilən buraxılış imtahanında 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.