Müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşmə müsabiqəsinin müsahibə mərhələsi bir müddət əvvəl başa çatıb.
AzEdu.az xəbər verir ki,TİPİİ-nin İnsan Resursları Mərkəzi müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşmə müsabiqəsinin müsahibə mərhələsinin nəticələri ilə bağlı apellyasiyaya narazılıqlarını bildirənlərə müraciət ünvanlayıb. Müraciətə əsasən, yenidən təşkil olunacaq müsahibə ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, İngilis dili fənləri üzrə müsahibə mərhələsində 406 namizəd iştirak edib. İbtidai sinif, Kimya və Musiqi fənləri üzrə müsahibə mərhələsində 338 namizəd iştirak edib.