17 martda IX sinifdə təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanlarının (I mərhələ) nəticələri bu gün açıqlanacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Abituriyentlər nəticələrini DİM-in rəsmi saytına daxil olaraq və iş nömrələrini 7727 qısa nömrəsinə göndərərək öyrənə biləcəklər.
Qeyd edək ki, IX sinif buraxılış imtahanlarının ikinci mərhələsi 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.