Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 7806 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Kolleclərdə təhsil almaq üçün Azərbaycan bölməsi üzrə 7329, rus bölməsi üzrə isə 477 nəfər ərizəsini təsdiqləyib.
Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.